Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Atilla Taşın 6 il həbsi istənilir

Atilla Taşın 6 il həbsi istənilir

Tarix: 15 Iyun 2023 18:58

Türkiyənin məşhur müğənnisi Atilla Taşın növbəti məhkəməsi baş tutub.  

Sonxeber.net olay-a istinadən xəbər verir ki, prosesdə sənətçi iştirak etməsə də, vəkili onu təmsil edib. İclasda mahiyyəti üzrə rəyini bildirən prokuror bildirib ki, təşkilatla üzvi əlaqə yaratmaq üçün kifayət qədər sübutu olmayan təqsirləndirilən şəxsin əməlləri , "dövlət vəzifəlisini vəzifə borcuna görə təhqir etmə" və "dövlətin qurum və orqanlarını təhqir etmə" cinayətlərini təşkil edərək, onun 11 ay 15 gün, 6 il 1 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Taşın vəkili rəyə qarşı müdafiə üçün vaxt istəyib. Hakim təqsirləndirilən şəxsin vəkilinə müdafiəsinə hazırlaşmaq üçün vaxt verərək, iclası təxirə salıb.


Etiketlər:  Atilla Taşın həbsi istənilir


RƏYLƏR