Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Iyun 2023 20:54
Dünyanın ən böyük çip istehsalçısı Tayvanın TSMC şirkəti Yaponiyanın cənub-qərbində ikinci zavod üçün yer seçərkən problemlə üzləşib. Regionda boş ərazi çatışmazlığı var.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, TSMC sədri Mark Liu səhmdarların illik toplantısından sonra jurnalistlərə bildirib ki, iqtisadi baxımdan Kumamoto Yaponiyada ikinci zavod üçün ən yaxşı yer olacaq.