Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“500 manata ehtiyacım yoxdur” - Qalmaqal - FOTO

“500 manata ehtiyacım yoxdur” - Qalmaqal - FOTO

Tarix: 16 Iyun 2023 11:45

Əməkdar artist Vasif Məhərrəmli müğənni-bəstəkar Elza Seyidcahanın onunla bağlı səsləndirdiyi qalmaqallı fikirlərə münasibət bildirib. 

Milli.Az xəbər verir ki, bu barədə olay-a açıqlama verən sənətçi Elzanın onu yaxınının yox, şəhid ailəsinin toyuna dəvət etdiyini söyləyib:

"Elza xanım bir dəfə zəng etdi. Dedi ki, şəhid ailəsi var. Bilmədim, şəhidin yaxın ailə üzvləridir, ya necə. Amma belə bir şey söylədi. Sonra da dedi ki,  500 manat versələr, gəlib oxuyarsan? Dedim ki, Elza, heç nə lazım deyil, pulsuz oxuyacam. Dedi ki, pulsuz niyə, 500 manat verirlər də. Mən də söylədim ki, birincisi şəhid ailəsidir, ikincisi də 500 manata ehtiyacım yoxdur. Əgər sən başqa toya çağırsan, öz qonorarımı deyərdim.

Sən elə toy demisən ki, burada pul danışmağa gərək yoxdur. O da mənimlə razılaşmadı. Dedi ki, ya 500 manat qonorarla oxuyacaqsan, ya da gəlmirsən. Yazıbalr ki, guya mən pul istəmişəm. belə bir şey olmayıb". 

Qeyd edək ki, Elza Vasifi yaxının toyuna çağırdığını, lakin onun az qonorarla razılaşmadığını bildirmişdi. Hətta Seyidcahan həmkarı haqda "Dedi, pulsuz oxuyaram, amma az qonroara yox", - deyə, bildirmişdi. 

Milli.Az


Etiketlər:  500 manata ehtiyacım yoxdur Qalmaqal FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ