Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azərbaycan Premyer Liqasında komanda sayı 12-yə çatdırılıb

Azərbaycan Premyer Liqasında komanda sayı 12-yə çatdırılıb

Tarix: 16 Iyun 2023 13:34

Misli Premyer Liqasında komanda sayı artırılıb.

Milli.Az Apasport.az-a istinadən bildirir ki, bu barədə qərarı AFFA-nın İcraiyyə Komitəsi verib.

Növbəti mövsüm Azərbaycan Premyer Liqada 12 komanda mübarizə aparacaq. Ötən çempionatı sonuncu yerdə başa vuran "Şamaxı" I diviziona düşməyəcək.

Həmçinin, aşağı dəstənin çempionu "Araz Naxçıvan"la yanaşı, "Zaqatala" da Premyer Liqaya yüksəlib.

Qeyd edək ki, 10 komandanın mübarizə apardığı Premyer Liqanın 2022/23 mövsümündə "Qarabağ" çempion olub.

Milli.Az


Etiketlər:  Azərbaycan Premyer Liqasında komanda sayı 12 çatdırılıb


RƏYLƏR