Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Mən Ağalıya gedirəm, evimi şəhid ailəsinə verin... - VİDEO

Mən Ağalıya gedirəm, evimi şəhid ailəsinə verin... - VİDEO

Tarix: 16 Iyun 2023 17:10

Doğulduğu torpağın qoxusunu, izlərini heç vaxt yaddaşlarından silmədilər.

Milli.Az Xəzər Xəbər-ə istinadən xəbər verir ki,doğma yurd yuvalarına qayıdacaqları günü 30 il səbrsizliklə gözlədilər.

El-oba  həsrəti ilə yaşayanlardan biri də 36 yaşlı Teymur Zeynalovdur. 44  günlük vətən, torpaq, haqq savaşından sonra nəhayət haqq öz yerini tapır. Tarixi torpaqlarımız azad edildikdən sonra qısa  vaxt ərzində böyük qayıdışa başlanılır.

Bəli, Teymur gəncliyini, ömrünün ən gözəl çağlarını keçirdiyi,dövlətin ona müvəqqəti verdiyi mənzili tanımadığı bir şəhid ailəsinə təhvil verərək Ağalıya qayıdır.

Teymur artıq 9 aydır ki, Ağalı kəndində yaşayır. Deyir burdan çıxanda uşaq idim amma indi uşaqlarımla qayıtmışam. Özümün burda doya-doya yaşaya bilmədiyi uşaqlığı, gəncliyi övladları yaşayacaq.

Müsahibimiz deyir ki, Vətən müharibəsindən sonra Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə müraciət edir. Ata- baba yurduna köçmək üçün. Amma bir şərti olur.

Teymur qeyd edib ki, Ağalıya gedir və evini də şəhid ailəsinə verir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Milli.Az


Etiketlər:  Mən Ağalıya gedirəm evimi şəhid ailəsinə verin VİDEO


RƏYLƏR