Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Oktyabr 2019 14:33
Bakı. Ləman Zeynalova - Trend:
2030-cu ilədək Avropa İttifaqının (Aİ) enerji balansında bərpa olunan enerji mənbələrinin payı 32 faizdən 60 faizədək artacaq.
Trend-in məlumatına görə, bunu Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas Bakıda Energetika Nazirliyi və Enerji Xartiyası Katibliyinin birgə təşkilatçılığı ilə “Texnologiya və siyasət innovasiyaları vasitəsilə enerji keçidinin təmin edilməsi” mövzusuna həsr edilən Beynəlxalq Enerji Xartiyası Forumunda deyib.
O bildirib ki, Aİ 2009-cu ildən bərpa olunan enerji mənbələrinə keçid siyasətini həyata keçirir:
“Buna qədər Aİ ölkələri bu siyasəti könüllü əsasda həyata keçirirdi. 27 Aİ ölkəsindən 11-i bərpa olunan enerji mənbələrinə keçid məqsədlərini reallaşdırıb. Aİ-də elektrik istehsalının 32 faizi bərpa olunan enerji mənbələrinin payına düşür. Biz Aİ ölkələrinin enerji balansında külək və günəş enerjilərinin payının artmaqda davam edəcəyini gözləyirik. Enerji balansında bərpa olunan enerji mənbələrinin payı 32 faizdən 60 faizədək artacaq”.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin