Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bala çaqqalı qaçırmaq istəyən qartal üçün çətin anlar - FOTO

Bala çaqqalı qaçırmaq istəyən qartal üçün çətin anlar - FOTO

Tarix: 17 Iyun 2023 15:32

Balasını qoruyan çaqqalla qartal arasında mübarizənin görüntüləri sosial şəbəkələrdə böyük maraqla qarşılanıb. Kadrlar Keniyanın Masai Mara bölgəsindəndir.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, şəkil müəllifi Atib Huseynin sözlərinə görə, balasını qoruyan yırtıcı heyvanla nəhəng quş arasında çəkişmə uzun müddət davam edib. Qartal bir neçə dəfə balanı qaçırmağa müyəssər olsa da, hər dəfəsində çaqqalın müqaviməti sayəsində onu caynaqlarından yerə salıb. Sonda qartal təslim olaraq ərazidən uzaqlaşıb.

39 yaşlı fotoqraf onların yaxşı olduğuna arxayınlıq üçün bir müddət ana-balanın dalınca düşdüyünü vurğulayıb.

"Onların erkək çaqqalla qovuşduğunu görənə qədər təxminən bir kilometr izlədim", - deyə Hüseyn əlavə edib.

Fotoqraf bu gördüklərinin həyatında şahid olduğu ən dramatik anlardan biri olduğunu, ancaq hər şeyin yaxşı qurtardığı üçün sevindiyini bildirib.

Milli.Az


Etiketlər:  Bala çaqqalı qaçırmaq istəyən qartal üçün çətin anlar FOTO


RƏYLƏR