Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Iyun 2023 23:15
Xəzər TV-də yayımlanan "Təsir dairəsi" verilişində yenidən qalmaqal baş verib.
Sonxeber.net metbuat.az-a istinadən xəbər verir ki, ekspert qismində çıxış edən Anar Vəziroğlu və efirə gələn Zəminə adlı şikayətçi qadın arasında baş verib.
Belə ki, tərəflər arasında mübahisəyə səbəb Anar Vəziroğlunun sözügedən qadını sərt tənqid etməsi olub. Onun şikayətçiyə " İmkan ver qadın sözünü desin, sən ona imkan vermirsən. Sənin ərin "piyanskədir", budur sənin ailən?!" - deməsi qadını özündən çıxarıb.
O, su şüşəsini Anar Vəziroğlunun üzərinə atıb. Hiddətlənən ekspert şüşəni götürüb qadının üzərinə getsə də, mühafizəçilər ona mane olaraq studiyadan kənarlaşdırıb".