Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Nazir özü banka hücum edənlə danışıqlar apardı

Nazir özü banka hücum edənlə danışıqlar apardı

Tarix: 18 Iyun 2023 18:12

Astanada banka silahlı hücum edən şəxslə danışıqları Qazaxıstanın daxili işlər naziri Marat Axmetjanov aparıb.

Sonxeber.net report-a istinadən xəbər verir ki, bu barədə "Tengrinews" Qazaxıstan Daxili İşlər Nazirliyinin məlumatlarına istinadən xəbər verir.

Qeyd olunub ki, girovların azad edilməsi ilə bağlı əməliyyata da nazir başçılıq edirmiş.

Qeyd edək ki, Astanada "Kaspi Bankı"nın Dostık küçəsində yerləşən şöbəsində hücum edən silahlı şəxs 7 nəfəri girov götürmüşdü. 30 yaşlı kişi bu bankın bütün vəsaitlərinin əlil uşaqlara, yoxsullara və imkansızlara yardım fonduna yönəldilməsini tələb edib.

Binanın qarşısında güclü partlayışdan sonra xüsusi təyinatlılar banka daxil olub, əməliyyat nəticəsində bütün girovlar azad edilib.


Etiketlər:  Nazir özü banka hücum edənlə danışıqlar apardı


RƏYLƏR