Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Iyun 2023 07:56
ABŞ prezidenti Co Bayden jurnalistlərin suallarını cavablandırıb.
Sonxeber.net musavat.com-a istinadən xəbər verir ki, Bayden Ukraynanın NATO-ya üzv olması üçün alyansdakı digər ölkələrlə eyni standartlara cavab verməli olduğunu və bu kontekstdə Kiyevə heç bir xüsusi rahatlığın təmin olunmayacağını bildirib.
Jurnalistin "Ukraynanın NATO-ya üzvlüyünə yardım edəcəksinizmi?" sualına Bayden belə cavab verib:
"Xeyr. Çünki onlar eyni standartlara cavab verməlidirlər. Ona görə də bunu asanlaşdırmayacağam".
Co Bayden əlavə edib ki, Ukrayna hərbi koordinasiya qabiliyyətini nümayiş etdirir, lakin NATO-ya daxil olan digər hər bir ölkənin malik olduğu standartlara cavab verib-verməməsi kimi bir sıra mühüm məsələlər var.
Rusiyanın Belarusda taktiki nüvə silahı yerləşdirməsinə gəlincə, Bayden bunun "tamamilə məsuliyyətsizlik" olduğunu təkrarlayıb.