Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Eynək alanda bunlara diqqət edin - Oftalmoloq AÇIQLADI

Eynək alanda bunlara diqqət edin - Oftalmoloq AÇIQLADI

Tarix: 19 Iyun 2023 22:27

Oftalmoloq Dr. Yelda Ertürk gün eynəyi seçərkən diqqət edilməli məqamları açıqlayıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, oftalmoloq bildirir ki, yayda gün eynəyi seçərkən çox diqqətli olmaq lazımdır. 

Onun sözlərinə görə, aksesuar üçün ucuz gün eynəyi istifadə etməkdənsə, ümumiyyətlə günəş eynəyi taxmamağa üstünlük verilməlidir:

"Eynəkləri təmizləyərkən diqqətli olmaq lazımdır. Yumşaq pambıq parça və ya xüsusi optik təmizləyici vasitələrə üstünlük verilməlidir. Günəş şüalarının bizim görə bilmədiyimiz dalğa uzunluqlarına görə insan sağlamlığı üçün bəzi risklər yaradır. Belə ki, insan gözü 400-700 nanometr arasındakı dalğa uzunluqlarını ayırd etmə qabiliyyətinə malikdir. Gözlərimizə kölgə salan eynəklərin hamısı bizi ultrabənövşəyi şüalardan qorumur. Hətta göz qapağının qıyılması və göz bəbəyinin kiçilməsi ilə təmin oluna biləcək müdafiədən də məhrum edir. Ucuz eynəklərdən aksesuar kimi istifadə etməkdənsə, ümumiyyətlə günəş eynəyi taxmamaq daha yaxşıdır. Odur ki, gün eynəyi seçərkən 100% UVA və UVB bloklanmasına və şüşə keyfiyyətinə fikir verməlisiniz. Şüşənin xammalı və UV hədəflənmiş örtüyü UV qoruma dərəcəsini təyin edir. Bu örtüyü olmayan eynəklər UV-ni 88%, örtülmüş linzalı eynəklər isə UV-ni 100% bloklayır. Ucuz eynəklərin şüşəsi triasetat adlı maddədən hazırlanır. Bu materialdan hazırlanmış eynəklərin UV tıxanması təxminən 40%-dir. Eynək alınarkən keyfiyyət sertifikatının istənməlidir. Bu keyfiyyət sertifikatında 99% və ya daha çox UV qoruma olub-olmadığını və ya 400 nanometrdən aşağı şüaları ötürdüyünü yoxlamaq lazımdır".

Milli.Az


Etiketlər:  Eynək alanda bunlara diqqət edin Oftalmoloq AÇIQLADI


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ