Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Iyun 2023 08:26
Bu gün UEFA Çempionlar Liqasında 2023/2024 mövsümünün I təsnifat mərhələsinin püşkü atılacaq.
Sonxeber.net xəbər verir ki, Avropa futbol qurumunun İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında baş tutacaq tədbir Bakı vaxtı ilə saat 16:00-da start götürəcək.
Azərbaycanı qitənin ən nüfuzlu klub turnirində təmsil edəcək "Qarabağ"ın da ilk rəqibi bəlli olacaq. Mərhələnin ən yüksək reytinqli ikinci komandası olan Ağdam təmsilçisi püşkatma zamanı səpələnmişlər sırasında yer alacaq.
Çempionlar Liqası
I təsnifat mərhələsi
Səpələnmişlər: "Ferentsvaroş" (Macarıstan), "Qarabağ" (Azərbaycan), "Slovan" (Slovakiya), "Ludoqorets" (Bolqarıstan), "Şerif" (Moldova), BATE (Belarus), "Astana" (Qazaxıstan), "Makkabi" (Hayfa, İsrail), "Jalgiris" (Litva), HIK (Finlandiya), "Flora" (Estoniya), "Şemrok Rovers" (İrlandiya), TNS (Uels), "Olimpiya" (Sloveniya), "Zrinski" (Bosniya və Herseqovina).
Səpələnməmişlər: "Linkoln" (Cəbəllütariq), "Klaksvik" (Farer adaları), İlkin mərhələnin qalibi, "Dinamo" (Tbilisi, Gürcüstan), "Rakuv" (Polşa), "Partizani" (Albaniya), "Haken" (İsveç), "Farul" (Rumıniya), "Valmieras" (Latviya), "Ballkani" (Kosovo), "Larne" (Şimali İrlandiya), "Urartu" (Ermənistan), "Hamrun" (Malta), "Hesperange" (Lüksemburq), "Struga" (Şimali Makedoniya).
Qeyd edək ki, Çempionlar Liqasında I təsnifat mərhələsinin ilk oyunları iyulun 11-12-də, cavab görüşləri isə 18-19-da keçiriləcək.