Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Iyun 2023 12:16
Ermənistanın Baş naziri Nikol Paşinyan 44 günlük müharibənin şərtlərini araşdıran müvəqqəti komissiyanın iclasında çıxış edib.
Sonxeber.net "Qafqazinfo"ya istinadən bildirir ki, onun sözlərinə görə, Şuşanın əldən çıxması 2020-ci il 9 noyabr tarixli bəyanatın imzalanmasının əsas səbəblərindən biri oldu: "Üçtərəfli bəyannaməni niyə məhz noyabrın 9-u imzaladım? Burada, əlbəttə, Şuşanın əldən verilməsi qırılma nöqtəsi oldu. Burada yalnızca şəhərin simvolik deyil, strateji əhəmiyyəti də vacib idi", - deyə Paşinyan qeyd edib.
Onun sözlərinə görə, Şuşanın azərbaycanlı hərbçilər tərəfindən azad edilməsindən sonra Xankəndi "zərbə altında" qala bilər, Xocavəndə də təzyiqlər güclənərdi: "Ən əsası isə təqribən 25 min əsgər mühasirədə qala bilərdi".
Paşinyan bildirib ki, noyabrın 9-u müharibəni dayandırmaq üçün beşinci cəhd olub. O, bununla bağlı birinci cəhdin oktyabrın 7-si Rusiya Prezidenti Vladimir Putini ad günü münasibətilə təbrik etmək üçün zəng etdiyində edildiyini xatırladıb.