Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Sakinlər avtovağzallardan NARAZIDIR... - VİDEO

Sakinlər avtovağzallardan NARAZIDIR... - VİDEO

Tarix: 20 Iyun 2023 13:04

Şəhərlərarası sərnişinlərin daşınması üçün ən uyğun kompleks hesab edilən avtovağzalların yerləşdiyi yerdən sakinlər narazıdır.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, xüsusilə rayonlarda yaşayan sakinlər avtovağzalın gediş-gəliş üçün uyğun ərazidə yerləşmədiyini, yaxud ərazisinin kiçik olduğunu bildirirlər.

Elə hazırda Tovuz avtovağzalındayıq.

Elə sürücülər də narazıdırlar... maşını saxlamağa yer tapmadıqlarını bildirdilər.

Şirvan şəhər sakinləri isə avtovağzalın şəhərdən çox uzaq olmasından narazıdır.

Nəqliyyat üzrə ekspert Elməddin Muradlı bildirdi ki, avtovağazalların yerinin əlverişli olmamasının həll yolu var.

Ekspert bildirdi ki, avtovağzallardakı mövcud vəziyyət onların büdcsinə də təsirsiz ötüşmür.

Elməddin Muradlı onu da vurğuladı ki, sərnişinlər də bu halı nəzərə almalı, bilməlidir ki, avtovağzal onların evlərinin qarşısı deyil.

Xüsusilə, sərnişinlər onu bilməlidir ki, qanuni avtovağzaldan çıxan hər bir sərnişinin həyatı sığortalanır.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.

Milli.Az


Etiketlər:  Sakinlər avtovağzallardan NARAZIDIR VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ