Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Iyun 2023 21:35
Müğənni Aysun İsmayılovanın həmkarları Sevil, Sevinc Səfərova bacıları ilə küsülü olduğu üzə çıxıb.
Sonxeber.net bizim.media-ya istinadən bildirir ki, bununla bağlı Aysun qonaq olduğu "Səhər mərkəzi" verilişində məlumat verib.
İsmayılova bildirib ki, bir zamanlar rəfiqə olsalar da, indi bir-birinin salamını belə almırlar:
"Bir zamanlar həddən artıq yaxın idik, amma indi bir-birimizə salam belə vermirik. Səbəbini də bilmirəm. Mən düşünürəm ki, "salam" qarşılıqlı olmalıdır. Bir ay əvvəl Moskvada toyda bir yerdə idik. Salam verməyənə mən də salam vermərəm.
Sayanın quluyam, saymayanın ağası. Mən onlara salam verib, savab belə almaq istəmirəm. Savabı gördüyüm başqa işlərdən gözləyirəm. Arada incikliklər var. Mən tərəfdən deyil. Onlar nə ediblərsə, özləri özlərinə ediblər".