Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Iyun 2023 08:36
Avropa İttifaqı (Aİ) Avropa Komissiyasının təklifi ilə Ukraynaya 50 milyard avro maliyyə yardımı edəcəyini açıqlayıb.
Sonxeber.net musavat.com-a istinadən bildirir ki, Ukraynaya veriləcək qrantlar və imtiyazlı kreditlər ölkənin iqtisadi problemlərinin aradan qaldırılması və strukturunun yenidən qurulmasının təmin edilməsi hədəfləyəcək.
Yardım 2024-2027-ci illər arasında ediləcək.
Digər tərəfdən, Ukraynaya verilməsi planlaşdırılan maliyyə yardımı ölkədə hüququn aliliyi ilə bağlı qanunları yerinə yetirməsi və korrupsiyaya son qoyması şərti ilə veriləcək.