Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bakıda tüfeyli həyat tərzi keçirən naməlum şəxs xəstəxanada ölüb

Bakıda tüfeyli həyat tərzi keçirən naməlum şəxs xəstəxanada ölüb

Tarix: 21 Iyun 2023 09:44

Bakıda tüfeyli həyat tərzi keçirən naməlum şəxs xəstəxanada ölüb.

Milli.Az bildirir ki, paytaxtın Nərimanov rayonunda yerləşən Bakı Zooloji Parkının yaxınlığında tüfeyli həyat tərzi keçirən naməlum kişi cinsli şəxs 1 saylı Şəhər Klinik Xəstəxanasına aparılıb.

Daha sonra həmin şəxs xəstəxanada dünyasını dəyişib.

Meyitin xarici və daxili müayinəsi aparılıb, şəxsiyyətinin müəyyən olunması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır.

Milli.Az


Etiketlər:  Bakıda tüfeyli həyat tərzi keçirən naməlum şəxs xəstəxanada ölüb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ