Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Gəzən ev”lə səyahət etmək neçəyə başa gəlir? - VİDEO

“Gəzən ev”lə səyahət etmək neçəyə başa gəlir? - VİDEO

Tarix: 21 Iyun 2023 17:00

Səyahətə çıxanlar adətən bir neçə vacib əşya götürməklə kifayətlənirlər. Üstəlik bu əşyalar gedilən yola və qalınan evə, hotelə görə dəyişir.

Bu dəfə isə evini də götürüb səfərə çıxanlardan danışılıacaq. Daha dəqiqi Azərbaycanın turizm sektoruna yad olan karavanlardan.

Sonxeber.net Xəzər TV-yə istinadən bildirir ki,Avropa ölkələrində, o cümlədən qonşu Türkiyədə turistlərin xüsusi önəm verdiyi təkərli evlər ya avtomobillərin içərisində yığılır, ya da ayrıca hazırlanaraq qoşqu ilə hərəkət etdirilir.

Müasir karavanlar mətbəx, yataq otağı, soyuducu, sanitar qovuşaq, qaz, su, elektrik enerjisi ilə də tam təchiz olunur. Çəkisi yüngül olduğundan istənilən əraziyə aparmaq, orada dayanıq vəziyyətə gətirərək istirahəti təşkil etmək mümkündür.

Karavan sahibi Elvin Hüseynli deyir ki, bu nəqliyyat vasitəsi ilə səyahət etmək  əylənəcəli, bir qədər də əziyyətlidir. Həm paytaxtda, həm də bölgələrdə karavanlar üçün əlverişli yerlərin az olması onlardan istifadəni çətinləşdirir. Bu səbəbdən də Azərbaycanda karavanla istirahət çox populyar deyil.

Karavanlar kirayə verilməklə yanaşı, onların satışı da təşkil edilir.

"Qiymətləri isə istismar müddətinə, qoşqulu və ya qoşqusuz olmasına görə dəyişir."

"Günlük kirayəsi  isə hotel qiymətlərindən heç də geri qalmır."

Elvin Hüseynli deyir ki, son illərdə karavanı günlük icarəyə götürənlər az da olsa artıb. Onlar da əsasən Avropa və Türkiyəyə mütəmadi səyahət edənlərdir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.


Etiketlər:  Gəzən evlə səyahət etmək neçəyə başa gəlir VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ