Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Iyun 2023 10:50
Şairə və qiraətçi Cığatel İsaqızı "qanlı bıçaq" olduğu həmkarı Nazilə Səfərlidən danışıb.
Sonxeber.net bizim.media-ya istinadən bildrir ki, Cığatel qonaq olduğu "7 canlı" axşam şousunda monitorda göstərilən Nazilə ilə bağlı şeir deməsi istənilib.
İsaqızı düşmən kəsildiyi Səfərli haqda belə danışıb:
"Nazilə haqda niyə ehtiyatlı olmalıyam ki? Mən Naziləyə şeir yazmamışam (gülür). Nazlana-nazlana gələr Salatın, elə gəlmə, göz dəyər sənə. Naziləni veriliş vasitəsi ilə salamlayıram. Nə olub axı?".
Qeyd edək ki, bir müddət əvvəl Cığatel İsaqızı verilişlərin birində qonaq olarkən "Nazilə Səfərli ilə aranız necədir?" sualına sərt şəkildə reaksiya verərək, aparıcıdan həmin sualın efirə getməməsini istəyib.
Məsələ ilə bağlı Nazilə Səfərli Bizim.Media-nın əməkdarşı ilə söhbətində "Cığatelin qızı yaşındayam. Mənim onunla axı nə problemim ola bilər? Adam anası ilə problem yaşayar?
Əslində, Cığatelin adımı eşidəndə sərt reaksiya verməsi normaldır. Çünki ulduzlar tək-tək parlar" açıqlama vermişdi.