Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Iyun 2023 15:10
Bloger Aysel Şükür birinci həyat yoldaşından şikayət edib.
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, o, oğlu üçün aliment ala bilmədiyini vurğulayıb. Aysel bildirib ki, keçmiş həyat yoldaşının ona 2 min manat borcu var:
"Nərimanov rayonu İcra şöbəsi Emil Zeynalov uşağımın 2 min manatını ala bilmir. Emil Zeynalov telefonlarıma da cavab vermir. Uşağın atasına deyirəm ki, 200 manatı verməkdə acizsənsə atalıq etməyə haqqın yoxdur. Hər dəfə əsəb keçirirəm, yorulmuşam. Neçə ayların borcu yığılıb. Bezmişəm icraçıları gəzməkdən. İcra məmuru kefinə düşəndə mənə zəng edir, başqa vaxt bizə cavab vermir. Bəziləri Aysel ona kömək et, buna kömək et deyir. Özümə kömək edən lazımdır. Hər şeyi təkbaşıma edirəm. Bu dünyada tək qadın, tək ana olmaq çətindir".
Aysel keçmiş həyat yoldaşı ilə yazışmalarını yayaraq, onun övladının məktəbpulunu ödəmədiyini vurğulayıb.
Qeyd edək ki, Aysel iki dəfə ailə qurub. Onun ilk nikahdan bir oğul, ikinci evliliyindən isə əkiz oğulları var.