Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Iyun 2023 16:40
"Açıq etiraf edim ki, verilişlərə antipatiyam var".
Sonxeber.net bizim.media.az-a istinadən bildirir ki, bu sözləri müyxanaçı və müğənni Üzeyir Mehdizadə qonaq olduğu "Həmin Zaur" axşam şousunda deyib.
Sənətçi bildirib ki, əvvəllər onu verilişlərə qonaq çağırıb "vurmağa" (gözdən salmağa - red.) çalışıblar:
"Verilişlərə antipatiyamın səbəbi vaxtı ikən üstümə çox basqıların olmasıdır. Bəlkə də ondan travma almışam. Məni efirlərə çağırıb o qədər hadisələrlə üz-üzə qoyurdular ki... İndi də o şeylərin təsiri altındayam. Vuruşdurmurdular, sözün əsl mənasında məni vururdular.
Vuruşdurmaq iki tərəfli döyüşmək deməkdir. Efirə çağırıb əlimi-qolumu bağlayıb (məcazi mənada - red.) burada səni döyəcəklər. Belə verilişlər görən insanam. Verilişlərə gec-gec çıxmağımın bir növ səbəbi bunlardır".