Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

20 yaş cavan görünməyinin sirri AÇIQLANDI - FOTO

20 yaş cavan görünməyinin sirri AÇIQLANDI - FOTO

Tarix: 22 Iyun 2023 22:54

Britaniyalı yoqa təlimatçısı Ueyn Leal 60 yaşından sonra sağlam və gümrah qalmağın sadə yollarını açıqlayıb.

Sonxeber.net oxu.az-a istinadən bildirir ki, 65 yaşında 20 yaş daha gənc göründüyünü deyən Leal degenerativ onurğa xəstəliyinə və keçmiş zədələrə baxmayaraq, aktiv qaldığını deyir. Kişi əmindir ki, hər kəs sağlam həyat tərzi keçirsə və onun tövsiyələrinə əməl etsə, eyni nəticələrə nail ola bilər.

Leal ən sadə məşqlərdən biri kimi tutma gücünü artırmağı göstərib. O, bu məqsədlə tennis topunu sıxmağı məsləhət görür və buna üç gedişdə beş təkrarla başlamağı tövsiyə edir. Təlimatçının sözlərinə görə, güclü biləklər ümumi əzələ tonusunu saxlamağa və gəncliyi uzatmağa kömək edir.

Başqa bir məşq hərəkəti kimi isə o, gündəlik işlərlə məşğul olarkən - qabları yuyarkən və ya dişləri fırçalayarkən tək ayaq üstə durmağı məsləhət görür. Onun sözlərinə görə bu, koordinasiyanı inkişaf etdirmək üçün faydalıdır.

Eyni məqsədlə corab və ya ayaqqabı geyinərkən oturmaq olmaz.

Təlimatçının fikrincə, əzələləri yaxşı vəziyyətdə saxlamaq üçün əllərə güvənmədən divandan və ya çarpayıdan qalxmaq vərdişi kömək edər.

"Bu, osteoporozlu insanlar, xüsusən də, omba sümüklərinin sıxlığından narahat olanlar üçün əla bir məşqdir", - deyə Leal vurğulayıb.

Təlimatçı üzgüçülük və ya su aerobikası ilə məşğul olmağa çağırıb.


Etiketlər:  yaş cavan görünməyinin sirri AÇIQLANDI FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ