Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ödəniş xidmətlərində YENİLİK... - VİDEO

Ödəniş xidmətlərində YENİLİK... - VİDEO

Tarix: 23 Iyun 2023 13:38

Səhv icra olunan ödənişlər xidmət haqqı tutulmadan ödəyiciyə geri qaytarıla bilər. Bu məsələ milli məclisə daxil olan "Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında" qanun layihəsində əksini tapıb.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, yeni qanun bu tipli ödənişlərin ödəyiciyə geri ödənilməsi qaydalarını müəyyən edir.

İqtisadçı ekspert Pünhan Musayev deyir ki, qaydalara əsasən istifadəçi ödəniş əməliyyatının icrasından sonra 6 ay müddətindən gec olmayaraq hər hansı realizə edilməmiş və ya səhv icra olunmuş ödəniş əməliyyatlarını müəyyən etdikdə, bu barədə təchizatçını dərhal məlumatlandırmalıdır.

Geri qaytarılma zamanı təchizatçı tutduğu xidməthaqqını da ödəyiciyə qaytarmalıdır.

Bundan başqa ödəniş xidmətini göstərən elektron pul təşkilatı əməliyyatların aparılması üçün qəbul edilən pul vəsaitinin təhlükəsizliyini təmin etməli olacaq.

Təchizatçı 3 halda ödəniş alətini bloklamaq imkanına malik olacaq.

Təhlükə aradan qalxdıqdan sonra təchizatçı ya onu blokdan çıxarmalı ya da yenisi ilə əvəz etməlidir. Həmçinin hadisə barədə mərkəzi banka məlumat verilməlidir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.

Milli.Az


Etiketlər:  Ödəniş xidmətlərində YENİLİK VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ