Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Oktyabr 2019 19:00
“Napoli”nin futbolçusu Dris Mertens klubun canlı əfsanəsi Dieqo Maradonanın göstəricisini yeniləyib.
Qol.az xəbər verir ki, Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turunda "Zalsburq"la görüşdə dubl edən belçikalı hücumçu Neapol təmsilçisinin heyətində vurduğu qollarının sayını 116-ya çatdırıb.
Mertens bununla da, “Napoli”nin tarixində 116 qol vuran Dieqo Maradonaya çatıb. O, həm də, “Napoli”nin tarixində ən çox qol vuran 2-ci futbolçu olub. Mertens yalnız slovakiyalı Marek Hamşikdən geri qalır. 2007-2019-cu illərdə “Napoli”də çıxış edən Hamşikin aktivində 121 qolu var.