Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Iyun 2023 00:32
"Belə bir yarışda finaladək irəliləmək böyük uğurdur. Təbii ki, qalib gəlmək istəyirdim. Hətta buna yaxın idim. Amma son 8 saniyədə hakimin səhvi ucbatından qızıl medal əldən çıxdı".
Sonxeber.net report-a istinadən xəbər verir ki, bunu Avropa Oyunlarında gümüş medal qazanmış Azərbaycan taekvondoçusu Səyyad Dadaşov deyib.
54 kq çəki dəcəsində finalda ispaniyalı Uqo Arilya Vaskesə uduzan idmançı bildirib ki, buna görə pis olmağa dəyməz: "Bəzən haqsızlıqlar olur. Döyüşdüyüm idmançı son dünya çempionatının gümüş mükafatçısı idi. Artıq gələcəyə baxmaq lazımdır. Yaxşı hazırlaşıb qızıl medal qazanmalıyam".