Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Kosmik hava proqnozu açıqlandı - Maqnit qasırğası olacaqmı?

Kosmik hava proqnozu açıqlandı - Maqnit qasırğası olacaqmı?

Tarix: 24 Oktyabr 2019 20:30

Bakı. İlhamə İsabalayeva - Trend:

AMEA-nın Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumunu açıqlayıb.

Rəsədxanadan Trend-ə bildirilib ki, bu gün Günəş fəallığı çox aşağı səviyyədə, Günəş diski ləkəsiz olub. Geomaqnit sahə son 24 saat ərzində ümumən sakit keçib.

Qeyd olunub ki, proqnoz dövründə (24-26 oktyabr) Günəş fəallığı çox aşağı səviyyədə qalacaq. İlk iki gün isə Günəş küləyi parametrlərinin zəif güclənəcəyi proqnozlaşdırılır. Sonuncu proqnoz günü şəraitin yenidən normal səviyyəyə geri dönəcəyi gözlənilir.

Maqnit qasırğasının yaranması ehtimalı proqnoz dövründə ilk iki gün 30 faizdən, son gün isə 15 faizdən aşağı qiymətləndirilir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Kosmik hava proqnozu açıqlandı Maqnit qasırğası olacaqmı


RƏYLƏR