Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Türkiyənin KAAN təyyarəsində yeni bomba yükləyici vasitədən istifadə ediləcək

Türkiyənin KAAN təyyarəsində yeni bomba yükləyici vasitədən istifadə ediləcək

Tarix: 25 Iyun 2023 11:22

Türkiyənin Türk Uçak Sanayi Anonim Ortaklığı (TUSAŞ) tərəfindən yaradılan KAAN milli döyüş təyyarəsində Milli Müdafiə Nazirliyi Hərbi Fabriklər İdarəsinə bağlı Kayseridə yerləşən 2-ci Hava Baxım Fabrikində istehsal edilən "Seyit Onbaşı" bomba yükləyici vasitəsindən istifadə ediləcək.

Milli.Az-ın TurkicWorld-a istinadən məlumatına görə, bu barədə Hava Baxım Fabrikinin rəsmisi açıqlama verib.

"Seyit Onbaşı" bomba yükləyici vasitəsini istehsal etməkdə əsas məqsəd ölkənin müdafiə sənayesində xaricdən asılılığını azaltmaqdır. "Seyit Onbaşı" Türkiyə Silahlı Qüvvələrinin ilk yerli istehsal bomba yükləmə maşınıdır", - deyə o əlavə edib.

Rəsmi onu da bildirib ki, "Seyit Onbaşı" bomba yükləyici vasitəsini elektrik sistemə keçirmək üçün də işlərə başlanılıb.

Məlumat üçün bildirək ki, "Seyit Onbaşı" bomba yükləyici vasitəsi təxminən 1500 kiloqramlıq yük daşıya bilir və yükdaşıma qabiliyyəti artırıla bilər.

Milli.Az


Etiketlər:  Türkiyənin KAAN təyyarəsində yeni bomba yükləyici vasitədən istifadə ediləcək


RƏYLƏR