Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Iyun 2023 19:22
Xalçaçılıq və tikiş üzrə silsilə kitablar müəllifi, xalçaçı sahibkar Fatimə Ağamirzəyeva vəfat edib.
Bu barədə APA-ya onun oğlu məlumat verib.
Fatimə Ağamirzəyeva 1953-cü ildə anadan olub. O, 1967-ci ildə KT Texnikumuna daxil olub və 1971-ci ildə bitirib.
Fatimə Ağamirzəyeva 1974-cü ilin martında Quba Müəllimlər Evində biçmə-tikmə kursları açıb və 1988-ci ilə qədər kurslar fasiləsiz davam edib. Bu kurslar eyni zamanda Bakıda Folklyer sarayında 3 il davam edib.
2017-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Əməkdar mədəniyyət işçisi" adına layiq görülüb.