Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Aİ-nin XİN başçılarının toplantısında Azərbaycan-Ermənistan münasibətləri müzakirə olunacaq

Aİ-nin XİN başçılarının toplantısında Azərbaycan-Ermənistan münasibətləri müzakirə olunacaq

Tarix: 26 Iyun 2023 07:48

Bazar ertəsi Lüksemburqda toplanacaq Avropa İttifaqı (Aİ) Xarici İşlər Şurasının toplantısında Azərbaycan-Ermənistan münasibətləri müzakirə olunacaq.

Milli.Az report-a istinadən xəbər verir ki, Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrel Aİ Şurasının prezidenti Şarl Mişelin Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində fəaliyyəti barədə nazirlərə məlumat verəcək. Avropa Şurasının rəhbəri iyulun 21-də Brüsseldə bu ölkələrin liderləri ilə növbəti üçtərəfli görüşü keçirəcək.

Qeyd edək ki, avropalı nazirlərin müzakirəsi xüsusilə Avropa İttifaqının Ukraynaya hərbi yardımına həsr olunacaq. Nazirlərin həmçinin "Prezident Zelenskinin sülh formulu"na diqqət yetirmələri gözlənilir.

"Aİ Ukraynanı qətiyyətlə və tam dəstəkləyir və lazım olduğu müddətcə Ukraynaya və onun xalqına güclü siyasi, iqtisadi, hərbi, maliyyə və humanitar yardım göstərməyə davam edəcək", - Aİ Şurası bildirib.

İclasın əsas gündəliyinə, həmçinin iyulun 17-18-də keçirilməsi planlaşdırılan Aİ-Latın Amerikası və Karib Hövzəsi İcmasının (CELAC) sammiti ərəfəsində Avropa İttifaqı ilə Latın Amerikası və Karib hövzəsi dövlətləri arasında əlaqələrin müzakirəsi daxildir.

Milli.Az


Etiketlər:  nin XİN başçılarının toplantısında Azərbaycan Ermənistan münasibətləri müzakirə olunacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ