Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qazlı içki, yoxsa meyvə şirəsi?

Qazlı içki, yoxsa meyvə şirəsi?

Tarix: 26 Iyun 2023 09:24

Təzə sıxılmış şirədə qlükozanın qana daxil olma sürətini azaldan və bağırsaq mikrobiomuna faydalı təsir göstərən lif tamamilə yox olur.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə rusiyalı endokrinoloq Zuxra Pavlova təzə sıxılmış şirənin orqanizm üçün təhlükələri haqqında danışarkən bildirib.

Onun sözlərinə görə 100 ml kola və 100 ml portağal suyu müqayisə edilsə, onların tərkibindəki şəkər təxminən eyni olacaq.

"Nəticədə, bir stəkan şirə içməklə, biz dərhal böyük miqdarda asanlıqla həzm olunan sadə karbohidratlar - qlükoza və fruktoza qəbul edirik. Bu isə karbohidrat mübadiləsinə və qaraciyər metabolizminə kəskin şəkildə mənfi təsir göstərir", - deyə Pavlova xəbərdarlıq edib.

Onun sözlərinə görə, fruktozanın müntəzəm çox miqdarda istehlakı alkoqolsuz yağlı qaraciyər xəstəliyinin inkişafına kömək edir, metabolik pozğunluqlara və diabetə səbəb olur. Pavlova bu səbəbdən təzə sıxılmış şirənin əvəzinə meyvələri tam şəkildə yeməyi tövsiyə edir.

Milli.Az


Etiketlər:  Qazlı içki yoxsa meyvə şirəsi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ