Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

5 qızı özünə qurban seçən 46 yaşlı pedofil tutuldu

5 qızı özünə qurban seçən 46 yaşlı pedofil tutuldu

Tarix: 26 Iyun 2023 11:36

Moskva vilayətinin Yeqoryevsk şəhərində yetkinlik yaşına çatmayanlara qarşı cinsi zorakılığın bir neçə epizodu üzrə şübhəli bilinən şəxs saxlanılıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin regional bölməsinin mətbuat xidməti məlumat yayıb.

Saxlanılan şəxs bir il ərzində cinayətlər törədib. Onun qurbanları 10-13 yaş arası beş uşaqdır.

Bu yaxınlarda hüquq-mühafizə orqanlarının əməkdaşları cinayətlərdən xəbər tutublar. Uşaqlar pedofili təsvir edərək, onun motosiklet sürdüyünü deyiblər. Cinayətkarın portreti tərtib edilib və bir neçə məşhur "Telegram" kanalında yerləşdirilib.

Tezliklə şübhəlinin şəxsiyyəti müəyyən edilib, onun 46 yaşlı yerli sakin olduğu məlum olub və o, artıq saxlanılıb.

Yaxın vaxtlarda şəxs barəsində həbs-qətimkan tədbiri seçiləcək.

Milli.Az


Etiketlər:  5 qızı özünə qurban seçən 46 yaşlı pedofil tutuldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ