Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Silahlı Qüvvələr Günündə hərbi qulluqçuların yürüşləri təşkil olunub - FOTO - VİDEO

Silahlı Qüvvələr Günündə hərbi qulluqçuların yürüşləri təşkil olunub - FOTO - VİDEO

Tarix: 26 Iyun 2023 22:36

26 İyun - Silahlı Qüvvələr Günündə paytaxtın müxtəlif küçə və prospektlərində, eləcə də Bərdə və Şuşa şəhərlərində müəyyən edilən marşrutlar üzrə hərbi orkestrlərin müşayiəti ilə hərbi qulluqçuların yürüşləri təşkil olunub.

Müdafiə Nazirliyindən Milli.Az-a verilən məlumata görə, əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Vətənimizin azadlığı uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.

Yürüşlərdə hərbi orkestrlərin ifasında hərbi vətənpərvərlik mahnıları, eləcə də marşlar səsləndirilib.

Keçirilən hərbi yürüşlər vətəndaşlarımızın böyük marağına səbəb olub.

Milli.Az


Etiketlər:  Silahlı Qüvvələr Günündə hərbi qulluqçuların yürüşləri təşkil olunub FOTO VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ