Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Iyun 2023 14:34
Qurban bayramı ilə əlaqədar 106 kəsim məntəqəsi fəaliyyət göstərəcək
Məlumat verdiyimiz kimi, 28-29 iyun tarixlərində ölkədə Qurban bayramı qeyd olunacaq. Bayramla əlaqədar müxtəlif ərazilərdə qurbanlıq heyvanların satışı və kəsimi məntəqələri fəaliyyət göstərəcək.
Bəs tələb edilən qaydalara necə nəzarət ediləcək?
Apardığımız sorğu zamanı məlum oldu ki, sahibkarlar rəsmi kəsim məntəqələrinə getməkdə o qədər də istəkli deyillər. Bunun səbəbini isə özünəməxsus şəkildə izah edirlər.
Sonxeber.net xezerxeber.az-a istinadən bildirir ki, zərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) şöbə müdiri, respublikanın baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev isə bildirib ki, ölkədə fəaliyyət göstərən normal kəsim məntəqələrinin sayı 106-ya çatıb.
Qalib Əbdüləliyev sahibkarları qoyulan tələblərə əməl etməyə çağırıb.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: