Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bərdədə avtomobilin altında qalan 11 yaşlı uşağın ayağı amputasiya olunub

Bərdədə avtomobilin altında qalan 11 yaşlı uşağın ayağı amputasiya olunub

Tarix: 28 Iyun 2023 12:32

Bərdə rayonunda azyaşlının ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az bildirir ki, avtomobil yolu keçən 2012-ci il təvəllüdlü Abbasov Şahin Samir oğlunun ayağının üzərindən keçib.

Yaralı ağır vəziyyətdə Bakıda yerləşən xəstəxanaların birinə gətirilib. Müayinə zamanı ona sağ ayağın bud nahiyəsinin natamam amputasiyası diaqnozu qoyulub. Azyaşlı əməliyyat olunub və ayağı amputasiya olunub.

Hadisənin təfərrüatı araşdırılır.

Milli.Az


Etiketlər:  Bərdədə avtomobilin altında qalan 11 yaşlı uşağın ayağı amputasiya olunub


RƏYLƏR