Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Iyun 2023 22:46
İranda ən böyük və narahatedici problemlərdən biri də küçələrdə işləyən azyaşlı uşaqlardır. Beynəlxalq Əmək Təşkilatının açıqladığı statistikaya görə, İranda 10 milyona yaxın işçi uşaq var.
Sonxeber.net xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalı məlumat verib.
Bu statistika göstərir ki, 10%-dən çox iranlı uşaq qanunsuz şəkildə və uyğunsuz işlərdə istismar edilir. İran rejimi bu problemi görməzdən gəlir və müvafiq qurumlar heç vaxt ölkədə işləyən uşaqların dəqiq statistikasını açıqlamayıb.