Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Fransada yeniyetmənin öldürülməsindən sonrakı iğtişaşlar zamanı 77 nəfər saxlanılıb

Fransada yeniyetmənin öldürülməsindən sonrakı iğtişaşlar zamanı 77 nəfər saxlanılıb

Tarix: 29 Iyun 2023 08:14

Fransanın İl-de-Frans əyalətində, Paris ətrafındakı Nanter qəsəbəsində yol polisinin əmrinə tabe olmayan yeniyetmənin öldürülməsindən sonra başlayan iğtişaşlar zamanı azı 77 nəfər saxlanılıb.

Milli.Az "report"a istinadən bildirir ki, bu barədə Paris polisinə istinadən "Le Figaro" qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, iğtişaşçılar Pablo Pikasso muzeyinə, Sena çayının cənub sahilindəki Meudondakı polis bölməsinə və mağazalara soxulmağa cəhd ediblər. Val-d Uaz departamentinin Bezons bələdiyyəsində ibtidai məktəb yandırılıb.

Ölkədə iğtişaşlar iyunun 28-nə keçən gecə Nanterdə yol yoxlaması zamanı polis patrulunun sarı "Mercedes" markalı avtomobili saxlamağa cəhd etməsindən sonra başlayıb. 17 yaşlı əlcəzairəsilli sürücü asayiş keşikçilərinin tələblərinə tabe olmaqdan imtina edərək qaza basıb, bu zaman polis onu vuraraq yerindəcə öldürüb.

Xidməti silahdan istifadə edən polis əməkdaşı qəsdən adam öldürməkdə şübhəli bilinərək saxlanılıb və həbs olunub. Nanter Prokurorluğu hüquq-mühafizə orqanlarının əməkdaşlarının tələblərini yerinə yetirməkdən imtina etməsi ilə bağlı araşdırmaya başlayıb. Hadisədən sonra Parisətrafı qəsəbələrdə iğtişaşlar dalğası baş verib, 24 polis əməkdaşı yaralanıb.

Milli.Az


Etiketlər:  Fransada yeniyetmənin öldürülməsindən sonrakı iğtişaşlar zamanı nəfər saxlanılıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ