Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiya üçün Ukrayna ikinci plana düşdü - ŞOK SƏBƏB

Rusiya üçün Ukrayna ikinci plana düşdü - ŞOK SƏBƏB

Tarix: 29 Iyun 2023 08:30

Ukraynadakı müharibə artıq Rusiya siyasi elitası üçün prioritet deyil. İndi hökumət üçün əsas əhəmiyyət kəsb edən siyasi rejimin sağ qalması, yəni daxili strukturların gücləndirilməsi və Priqojin və ya başqa bir hərbi lider tərəfindən yenidən üsyan təhlükəsinin aradan qaldırılması olacaq.

Sonxeber.net bildirir ki, bu barədə Polşanın aparıcı beyin mərkəzi "PISM" yazıb.

Məqalədə qeyd edilir ki, bu səbəbdən Rusiya qoşunları qüvvələrin Ukrayna cəbhəsinə köçürülməsindən yayınacaq. Eyni zamanda, hakimiyyət işğal olunmuş ərazilərdə hərbiləşdirilmiş birləşmələrin ordu ilə rəqabət aparmaması üçün onlara tabe edilməsi prosesini sürətləndirəcək.

"2024-cü il prezident seçkilərinə qədər Putin Ukrayna ilə sülh danışıqlarına başlamayacaq, çünki bu, bir daha onun zəifliyi kimi qəbul ediləcək", - deyə məlumatda bildirilir. (Ölkə.Az)


Etiketlər:  Rusiya üçün Ukrayna ikinci plana düşdü ŞOK SƏBƏB


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ