Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yeni sifət tanıma sistemi iş üçün personal seçir

Yeni sifət tanıma sistemi iş üçün personal seçir

Tarix: 25 Oktyabr 2019 09:36

“Washington Post” nəşrinin məlumatına görə, bir çox xarici işəgötürənlər müsahibələrdə süni intellektdən istifadə etməyə başlayıblar. Bu məqsədlə xüsusi neyroşəbəkə hazırlamış “HireVue” şirkətinin sistemi daha populyardır. Sözügedən sistem namizədin danışığını, səsinin tonunu və sifətini müşahidə edir, bundan sonra toplanılmış məlumatları təhlil edərək tövsiyə verir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “hightech.fm” saytına istinadən yazır ki, süni intellekt texnologiyasına əsaslanan “HireVue” şirkətinin qiymətləndirməsi mehmanxana işi və maliyyə daxil olmaqla artıq bəzi sahələrdə geniş yayılıb, buna görə bəzi universitetlər tələbələrə müsahibədə ən yaxşı nəticə əldə etmək üçün danışmağın yolunu öyrədirlər. “Hilton”, “Unilever” və “Goldman Sachs” daxil olmaqla 100-dən çox işəgötürən bu sistemdən istifadə edir.

 

Emil Hüseynov




Etiketlər:  Yeni sifət tanıma sistemi üçün personal seçir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ