Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Priqojinin bütün media orqanları bağlanır

Priqojinin bütün media orqanları bağlanır

Tarix: 30 Iyun 2023 21:52

"Vaqner"in təsisçisi Yevgeni Priqojin şəxsən "Patriot" media holdinqinin ləğv olunduğunu elan edib. Hazırda bütün əməkdaşlar işdən çıxarılma mərhələsindədir.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Priqojin özü elan edib.

Qeyd edək ki, Priqojinin media qrupları olan "Ekonomika Seqodnya", "Politika Seqodnya", "Nevskiye Novosti", "Narodnie Novosti", "RİA FAN" və "PolitPuzzle" nəşrləri "Vaqner"in silahlı qiyamından sonra fəaliyyətini dayandırıb.

"Vaqner" üsyanı günü "Roskomnadzor" hərbi üsyanda iştirak etmək çağırışlarının yayılmasının qarşısını almaq üçün Priqojinin resurslarını bloklayıb. İğtişaşdan sonra isə saytlar fəaliyyətini davam etdirirdi.

Milli.Az


Etiketlər:  Priqojinin bütün media orqanları bağlanır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ