Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Iyul 2023 21:36
Rusiyanın Buxarestdəki səfirliyinin 40 əməkdaşı (ailə üzvləri ilə birlikdə - 80-ə yaxın rusiyalı) ölkə hakimiyyətinin diplomatik missiyanın işçilərinin sayını azaltmaq tələbindən sonra Rumıniyanı tərk edib.
Sonxeber.net APA-ya istinadən bildirir ki, barədə TASS-a Rusiya səfirliyindən bildirilib.
Qeyd olunub ki, Rusiya səfirliyinin bəzi əməkdaşları Rumıniyanı daha əvvəl tərk edib və ölkəni tərk edən Rusiya vətəndaşlarını ümumi sayı 140-a çatıb.
Qeyd edək ki, iyunun 8-də Rumıniya Xarici İşlər Nazirliyinin yaydığı açıqlamada ölkə hakimiyyətinin 30 gün ərzində Rusiya səfirliyinin əməkdaşlarının 50 nəfərdən çox ixtisar edilməsini tələb etdiyi bildirib.