Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Həyat yoldaşı komada olan aktyordan İMTİNA ETDİ

Həyat yoldaşı komada olan aktyordan İMTİNA ETDİ

Tarix: 1 Iyul 2023 23:14

Rusiyanın Əməkdar artisti Mixail Yefremovun oğlu, aktyor Nikolay evinin pəncərəsindən yıxılıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, 3-cü mərtəbədən yıxılan Nikolay oradan keçən şəxs tərəfindən aşkarlanaraq xəstəxanaya yerləşdirilib. 2 əməliyyat keçirən aktyorun vəziyyəti ağır olaraq qiymətləndirilir. Onun hazırda komada olduğu bildirilib. Aktyora bud və çanaq sümüklərinin sınığı diaqnozu qoyulsa da, o, çoxlu qan itirib. Bu səbəbdən tibbi yuxuya aparılıb və süni nəfəs aparatına qoşulub.

"Starhit"in məlumatına görə, onun həyat yoldaşı Vlada Kiseleva hazırda xəstəxanada deyil və ümumiyyətlə ondan imtina edib. O, jurnalistlərə verdiyi müsahibədə Nikolay adlı həyat yoldaşının olmadığını deyib. Həmçinin, Vlada həkimlərə onun spirtli içkidən və narkotikdən istifadə etdiyini və psixiatriya dispanserində qeydiyyatda olduğunu vurğulayıb. 

Lakin müayinələr zamanı hadisə baş verərkən Nikolayın spirtli içki və ya narkotikin təsiri altında olmadığı müəyyən edilib.

Qeyd edək ki, Nikolayla Vlada 2019-cu ildə ailə qurub. Onların Alla adlı bir qızı var. Körpə Mixailin yeganə nəvəsidir.

Milli.Az


Etiketlər:  Həyat yoldaşı komada olan aktyordan İMTİNA ETDİ


RƏYLƏR