Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Şoyqunun arxasındakı güc göründü - “Putin buna görə onu qova bilmir”

Şoyqunun arxasındakı güc göründü - “Putin buna görə onu qova bilmir”

Tarix: 2 Iyul 2023 05:06

"Çoxlarının gözləntilərinin əksinə olaraq, Putinin generalları arasında Priqojinin qiyamı ilə bağlı apardığı "təmizləmə" Rusiya Müdafiə Nazirliyinin rəhbəri Sergey Şoyquya təsir etməyəcək".

Milli.Az Teleqraf.com-a istinadən xəbər verir ki, bunu rusiyalı jurnalist Vyaçeslav Maltsev deyib.

Onun sözlərinə görə, "Şoyqu "Çinin damı" altındadır və sonadək bu dövlət tərəfindən qorunacaq:

"Ukraynadakı uğursuzluqlar və Priqojinin qiyamının yaratdığı böhranlı vəziyyətdə onu yeganə "kozır" xilas edir - Şoyqu Çinin Rusiyadakı nüfuz dairəsinin ən köhnə agentidir".

Maltsev bildirib ki, Sergey Şoyqu 90-cı illərdən Çinlə işləyir:

"Məhz o, Putinin yerinə Rusiya prezidenti postuna proqnozlaşdırılan və planlaşdırılan şəxs idi. Çin buna belə baxırdı: Putin və Şoyqu Ukraynaya qoşun yeridir, qələbə qazanır, Şoyqu qələbənin marşalı olur və sonda Putini əvəz edir. Amma heç nə alınmadı".

Maltsev hesab edir ki, Şoyqunun səhvinə baxmayaraq, Çin lideri Si Cinpin onu təslim vermək istəmir.

Milli.Az


Etiketlər:  Şoyqunun arxasındakı güc göründü Putin buna görə onu qova bilmir


RƏYLƏR