Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qurban Qurbanov: “Çatışmazlıqlarımız var”

Qurban Qurbanov: “Çatışmazlıqlarımız var”

Tarix: 2 Iyul 2023 15:00

"Hazırlıqlarımız pis getmir. Futbolçular çox yükləniblər. Heç bir futbolçuya keçirilən iki yoxlama matçında 90 dəqiqə oynamağa şərait yaratmadıq". 

Sonxeber.net bizim media-ya istinadl xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov klubun mətbuat xidmətinə açıqlamasında deyib.

Komandasının Avstriya toplanışını dəyərləndirən çalışdırıcı futbolçulardan razı qaldığıbı bildirib:

"Hər iki oyunda komandadan razı qaldım. Yorğun olmalarına baxmayaraq, ciddi səhvləri nəzərə almasaq, düzgün oynamağa çalışdılar. Get-gedə daha da yaxşılaşacaq. Hamı ürəkdən məşq edir, bu hazırlığa çox ciddi yanaşır. Qarşıda 3-cü oyunumuz var. O oyuna kimi daha yaxşı olacaq".

Təcrübəli mütəxəssis Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində Cəbəllütariqin "Linkoln" klubu ilə keçiriləcək görüşə ciddi hazırlaşdıqlarını vurğulayıb:

"İlk oyunda ola bilər ki, istədiyimiz performansda olmayaq. Həm texniki, həm də fiziki cəhətdən çatışmazlıqlarımız ola bilər. Buna baxmayaraq, oyuna çox ciddi yanaşırıq. İnanıram ki, futbolçularımız "Linkoln"la oyunda öz optimal formalarına yaxın olacaqlar. Futbolçularıma təşəkkür edirəm. Bütün məşqlərdə çox məsuliyyətlidirlər. Əsas məni qane edən budur. Qarşıdakı günlərdə çatışmazlıqları aradan qaldırmağa çalışacağıq".


Etiketlər:  Qurban Qurbanov Çatışmazlıqlarımız


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ