Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

19 uşağı öldürən şərbətə nə qatılıbmış?

19 uşağı öldürən şərbətə nə qatılıbmış?

Tarix: 2 Iyul 2023 16:24

Özbəkistanda ən azı 19 uşağın ölümünə səbəb olan Hindistanın "Marion Biotech" əczaçılıq şirkəti öz məhsullarına maye yuyucu vasitələr, antifrizlər, boyalar və digər məmulatlarda istifadə olunan zəhərli materiallar qatırmış. 

Milli.Az musavat.com-a istinadən bildirir ki, şirkət öz dərmanlarını yaradanda farmasevtik propilenqlikol əvəzinə daha ucuz sənaye propilenqlikolundan istifadə edib.

Bildirilir ki, şirkət "Maya Chemtech India"dan propilen qlikol alıb. Halbujki bu şirkətin də əczaçılıq materialları satmaq üçün lisenziyası olmayıb və yalnız sənaye dərəcəli preparatlar sata bilirdi.

İşi araşdıran müstəntiqin sözlərinə görə, "Marion Biotech" əczaçılıq şirkəti inqrediyenti Özbəkistanda satdığı şərbətlərdə istifadə etməmişdən əvvəl sınaqdan keçirməyib.

"Maya Chemtech India" hələ ki, ittiham olunmayıb, lakin araşdırma davam edir.

Xatırladaq ki, 2022-2023-cü illərdə "Marion Biotech"in istehsal etdiyi öskürəyə qarşı şərbətdən istifadə Özbəkistanda ən azı 19 uşağın ölümünə səbəb olub.

Dekabrın sonunda Özbəkistanın Dövlət Təhlükəsizliyi Xidməti cinayət işinin başlandığını, idxalçı "Quramax Medical" şirkətinin və Dərmanların Standartlaşdırılması Elmi Mərkəzinin vəzifəli şəxslərinin saxlanıldığını elan edib. Eyni zamanda, Özbəkistanın Əczaçılıq Sənayesinin İnkişafı Agentliyi "Marion Biotech"in bütün məhsullarının satışını dayandırıb.

Fevral ayında Özbəkistanın Əczaçılıq Agentliyinin və Dərmanların Ekspertiza və Standartlaşdırma Mərkəzinin keçmiş rəhbəri Sardor Kariyev həbs edilib.

Milli.Az


Etiketlər:  uşağı öldürən şərbətə qatılıbmış


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR