Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ukraynadan etiraf: Ruslar irəliləyir

Ukraynadan etiraf: Ruslar irəliləyir

Tarix: 2 Iyul 2023 22:24

Ukraynanın müdafiə qüvvələri Baxmut istiqamətinin cənub cinahında irəliləyir.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Ukrayna müdafiə nazirinin müavini Anna Malyar deyib.

Onun sözlərinə görə, ruslar isə şərqdə Avdeyev, Maryinka, Liman istiqamətlərində irəliləyir:

"Onlar Svatov istiqamətində irəliləyib, şiddətli döyüşlər gedir, ruslar Beloqorovka və Serebryankaya hücum edir. Biz Baxmut istiqamətində: cənub cinahında irəliləyirik, qismən uğurumuz var, şimalda döyüşlər davam edir. Düşmən ora iki desant-hücum alayını yerləşdirib. Cənubda Ukrayna Silahlı Qüvvələri gərgin mübarizə aparır, lakin tədricən Berdyansk və Melitopol istiqamətlərində irəliləyir. Qoşunlarımız düşmənin şiddətli müqaviməti ilə üzləşir".

Milli.Az


Etiketlər:  Ukraynadan etiraf Ruslar irəliləyir


RƏYLƏR