Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İsrail F-15 və F-16-larla Suriyanı vurdu

İsrail F-15 və F-16-larla Suriyanı vurdu

Tarix: 3 Iyul 2023 07:14

İsrailin F-15 və F-16 taktiki qırıcıları bazar günü gecə Suriya ərazisində bir neçə obyektə zərbələr endirib.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Rusiyanın Suriyadakı Döyüşən Tərəflərin Barışıq Mərkəzi məlumat yayıb.

Bildirilib ki, iyulun 2-də saat 00:20-dən 00:30-a qədər İsrailin F-15 qırıcısları Aralıq dənizi akvatoriyasından 8 idarəolunan raketlə Xüms əyalətində obyektlərə zərbə endirib.

İkinci zərbə isə saat 04:35-04:39 aralığında olub. İki F-16 taktiki qırıcısı Livanın şimalından iki idarəolunan raketlə Həma əyalətinin Masyaf kəndi ərazisindəki infrastruktur obyektləri vurub.

Qeyd edilib ki, zərbələr nəticəsində tələfat yoxdur, ancaq ciddi maddi ziyan dəyib.

Milli.Az


Etiketlər:  İsrail F 15 F 16 larla Suriyanı vurdu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ