Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Iyul 2023 08:42
"Avropada sülh yalnız Ukraynanın Rusiyaya qarşı müharibədə qələbəsindən sonra mümkündür".
Sonxeber.net "report"a istinadən bildirir ki, bunu Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak telegram kanalında yazıb.
Onun sözlərinə görə, Ukraynanın NATO-ya üzvlüyü sülhü möhkəmləndirməlidir.
Yermak qeyd edib ki, Müdafiə Qüvvələri çoxlu sayda mina və qarşı tərəfin hava üstünlüyünə baxmayaraq irəliləyir.
Bundan əvvəl NATO üzvləri və baş katib Yens Stoltenberq dəfələrlə qeyd ediblər ki, Ukrayna müharibə davam edərkən alyansa qoşulmayacaq.