Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Orkney adaları Böyük Britaniyadan ayrılmaq istəyir

Orkney adaları Böyük Britaniyadan ayrılmaq istəyir

Tarix: 3 Iyul 2023 09:06

Şotlandiyanın Orkney adalarının səlahiyyətliləri arxipelaqın Böyük Britaniyadan ayrılaraq Norveçlə yenidən birləşmək imkanlarını nəzərdən keçirir.

Sonxeber.net "report"a istinadən bildirir ki, bu barədə "The Daily Telegraph" qəzeti məlumat yayıb.

Yerli şuranın rəhbəri Ceyms Stokan bildirib ki, iyulun 4-də regional hakimiyyət orqanları alternativ idarəetmə formaları, o cümlədən tarixi əlaqələrin bərpası təklifini müzakirə edəcəklər.

Stokan qeyd edib ki, Orkney Şotlandiya və ya ümumi Britaniya büdcəsindən kifayət qədər maliyyə vəsaiti almır.

Bununla belə, ayrılma üçün referendum, eləcə də Edinburq və London hökumətləri ilə razılaşma tələb olunacaq.

1707-ci ildən İngiltərə ilə Şotlandiya arasında ittifaqın imzalanması və Böyük Britaniya dövlətinin yaranması ilə adalar Britaniya tacının hakimiyyəti altındadır.


Etiketlər:  Orkney adaları Böyük Britaniyadan ayrılmaq istəyir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ