Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Aprel 2019 17:28
"Yuventus"un futbolçusu Paulo Dibala zədələnib.
Qol.az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, o, Çempionlar Liqasının 1/4 finalında "Ayaks"la cavab oyunu zamanı əzələsindən zədə alıb. Argentinalı hücumçunun bu ayın sonuna kimi oynamayacağı bildirilib.
Beləliklə, Dibala A seriyasında "Fiorentina" (20 aprel) və "İnter"lə (27 aprel) görüşləri buraxacaq.