Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Iyul 2023 13:15
Müğənni ABD Malik Kələntərli banklardan şikayətlənib.
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, sənətçi bir çox bankın yüksək faiz çıxmasını tənqid edib. O bildirib ki, banklar bildiriş mesajları üçün tutulan faizi qaldırıblar:
"Bank sahiblərinə və işçilərinə maraqlı sualım var. Müştəri olduğum bankın sms xəbərdarlıq sistemi əvvəllər 1 manat idi. Sonra bir müddət keçdi 2 manat oldu. Bu gün elan gəlib ki, sms bildirişlərin qiyməti artıq 3 manat olacaq. Yaxşı... Bir sualım var, bu sms bildirişlər və xəbərdarlıq sistemi benzinlə işləyir, xaricdən gəlib gömrükdə dayanır, onu yaratmaq üçün hansısa kimyəvi maddələrdən istifadə etmək lazımdır? Yox... Ola bilsin ki, mən nələrsə bilmirəm, üzr istəyirəm. İzah edin bilək, bu sms xəbərdarlıq və bildiriş sisteminin qiyməti nəyə görə qalxır? Niyə?".